"Instagram"da məşhur olan şəhərlərin adları açıqlanıb
30.11.2017

"Instagram"da 2017-ci il ərzində daha çox məşhur olan şəhərlərin adları açıqlanıb.
Reytinq siyahısında birinci yeri Nyu-York tutub.
İkinci yerdə London, üçüncü yerində isə Moskva qərarlaşıb.
İlk onluğa həmçinin San-Paulu, Paris, Los-Anceles, Sankt-Peterburq, Cakarta, İstanbul və Barselona şəhərləri düşüb.
Reytinq tərtibatçıları siyahını hazırlayarkən ən çox fotoşəklin çəkildiyi şəhərlərin coğrafi kordinatlarını nəzərə alıblar.

report.az