Bakıda Yunanıstan səfirinin rəsm əsərləri təqdim olunacaq
29.11.2017

Dekabrın 2-dən 7-dək Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, “United Cultures” beynəlxalq təşkilatının və Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Yunanıstan mədəniyyəti günləri keçiriləcək.

Tədbirin rəsmi səhifəsinə istinadən xəbər verilir ki, tədbirin keçirilməsində məqsəd paytaxt sakinlərini və qonaqları Yunanıstanın qonaqpərvərliyi və mədəniyyəti ilə tanış etməkdir.

Tədbir çərçivəsində Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosun ilk dəfə Bakıda rəsm əsərləri sərgisi təşkil olunacaq. Bu rəsm əsərlərinin hər birində səfir öz yunan ruhunu və ölkəsinə olan sevgisini nümayiş etdirir. Mədəniyyət günlərində, həmçinin yunan filmləri nümayiş olunacaq.

azertag.az