“YARAT”dan uşaqlar üçün növbəti layihə
29.11.2017

“YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Little Voice” layihəsinin ilk tədbiri keçirilib.

“Dünya uşaqların gözü ilə” adlı tədbir 9-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

Tədbir çərçivəsində doqquz uşaq - spikerin maraqlı çıxışları və istedadlı uşaqların rəqsi, habelə müxtəlif musiqi nömrələri səsləndirilib.

Tədbir uşaqlara öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platforma kimi yadda qalıb.

azertag.az