"Samsung" sevərlərə MÜJDƏ! Yeni smartfonun görüntüləri yayılıb
29.11.2017

İnternetdə “Samsung Galaxy A7” smartfonunun görüntüləri yayılıb.

Yeni smartfon hələlik rəsmi elan olunmayıb.

Bəzi mənbələrdə yeni smartfonun “Samsung Galaxy A8 Plus” adlanacağı qeyd olunur.

Görüntülərə əsasən, yeni “Samsung” çərçivəsiz, tam ekranlı şəkildə olacaq.

Bu telefonun ekranında “Ana səhifəyə” düyməsi yığışdırılıb, barmaq izləri skaneri isə arxa hissədə kameranın aşağısına yerləşdirilib.

16 meqapiksellik iki kameraya malik telefonun 4 giqabayt operativ yaddaş, 32 giqabayt əlavə yaddaş kartı olacaq. Smartfon “Android 7.1.1.” əməliyyat sistemi ilə işləyəcək.

trend.az