Çeçenistanın "Vaynax" rəqs ansamblı Bakıya gəlir
28.11.2017

Çeçenistanın "Vaynax" Dövlət Rəqs Ansamblı "Qroznıdan sevgilərlə" yaradıcılıq layihəsi çərçivəsində dekabrda Azərbaycana beynəlxalq qastrol turuna gələcək.

TASS-a istinadla xəbər verilir ki, layihə 2018-ci ilin oktyabrında 200 illiyi qeyd olunacaq Qroznının yubileyinə həsr olunub. Bu ilin dekabrında "Vaynax" ansamblı beynəlxalq qastrol turu ilə Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Konsert proqramına çeçen rəqsləri ilə yanaşı, gürcü və Azərbaycan rəqsləri də daxil edilib.

Qeyd edək ki, ansambl 1939-cu ildə yaradılıb.

azertag.az