Nizami rayonunda 35 aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb
28.11.2017

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində aztəminatlı ailələrə növbəti ərzaq yardımı paylanılıb.

Bölmədən bildiriblər ki, qeydiyyatda olan 35 aztəminatlı ailəyə ərzaq bağlamalar verilib.

Yardım alanlar hər ay onlara edilən xeyriyyə tədbirinə görə bölmənin əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

azertag.az