Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsi start götürəcək
28.11.2017

Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsi start götürəcək.
Xəbər verilir ki, ilk oyun günündə iki matç baş tutacaq.
Azərbaycan Premyer Liqasının lideri "Qarabağ” I divizinonda ilk pillədə qərarlaşan "Qaradağ Lökbatan”ı sınağa çəkəcək. "Neftçi” isə aşağı dəstədə son sırada yer alan "Zaqatala”nı qəbul edəcək.
Qeyd edək ki, 1/8 finalın digər 6 qarşılaşması noyabrın 29-da keçiriləcək. Reqlamentə əsasən, qalib bir oyunla müəyyənləşir.
Azərbaycan Kuboku
1/8 final
28 noyabr (çərşənbə axşamı)

16:00. "Qarabağ” – "Qaradağ Lökbatan”
Hakimlər: Ramil Diniyev, Elşad Abdullayev, Nahid Əliyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. "Azersun Arena”
17:00."Neftçi” – "Zaqatala”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Mehman Mahmudov, Etibar Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. "Bakcell Arena”

report.az