Belarusun balet ulduzları Bakıda çıxış edib
27.11.2017

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baleti nümayiş olunub.

Baletsevərlər tərəfindən maraqla qarşılanan səhnə əsərində əsas rolları belaruslu balet ustaları - Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) ifa edib.

Səhnə əsərində, həmçinin balet truppamızın solistləri - Əməkdar artistlər Makar Ferştandt, Samir Səmədov, habelə solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri çıxış ediblər.

Balet Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

azertag.az