Dövlət Fortepiano Triosu konsert proqramı ilə çıxış edəcək
27.11.2017

Noyabrın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında klassik musiqi axşamı təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək musiqili gecədə Azərbaycan Dövlət Fortepiano Triosu çıxış edəcək.

Soprano ifaçısı Gülnaz İsmayılovanın solist olacağı konsert çərçivəsində Azərbaycan və Avropa bəstəkarlarının fortepiano üçün yazdığı musiqi əsərləri və bir sıra klassik kompozisiyalar səslənəcək.

azertag.az