Bakıda Macarıstan musiqisindən ibarət konsert keçirilib
27.11.2017

Bakıda məşhur macar bəstəkarı, musiqiçi və musiqi nəzəriyyəçisi Zoltan Kodayın 135 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Macarıstanlı və azərbaycanlı ifaçılar konsertdə Z.Kodayın həyatının bütün dövrlərindən kompozisiyalar təqdim ediblər.
Bəstəkar musiqi nəzəriyyəsi ilə fəal məşğul olub, musiqi pedaqogikası üzrə işlərin müəllifidir. Xüsusilə, öz şagirdi Yenye Adam ilə birlikdə Koday metodunu yaradıb.

report.az