Bərdəlilər pambıq tədarükündə bütün rayonları geridə qoydu
20.11.2017

Bərdə rayonu pambıq tədarükünə liderlik edir. Rayon pambıqçıları ötən gün qəbul məntəqələrinə 401,94 ton pambıq təhvil veriblər.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, ötən gün ölkə üzrə pambıq qəbulu məntəqələrinə 1942,07 ton pambıq təhvil verilib.

Komitədən bildirilib ki, respublika üzrə bu günə qədər 184 min 440,01 ton pambıq tədarük edilib.

trend