Üzeyir Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə yeni töhfə
20.11.2017

Noyabrın 21-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyasının təqdimatı keçiriləcək.

Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Monoqrafiya Ü.Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr olunub.

azertag.az