Rusiyanın “Satirikon” teatrı Bakıya qastrola gəlir
20.11.2017

Arkadi Raykin adına “Satirikon” Rusiya Dövlət Teatrı dekabrın 22-də və 23-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcək.

Qastrol çərçivəsində dekabrın 22-də bakılı tamaşaçılara “Konstantin Raykin. Öz səsi ilə” poetik monotamaşası təqdim ediləcək. Tamaşada teatrın bədii rəhbəri, Rusiyanın Xalq Artisti Konstantin Raykin sevimli şairlərinin, o cümlədən Lope de Veqa, Aleksandr Puşkin, Osip Mandelştam, Nikolay Zabolotski, David Samoylov və Nikolay Rubtsovun şeirlərini oxuyacaq və şərh edəcək.

Dekabrın 23-də təqdim olunacaq “Konstantin Raykin. Öz səsi ilə” poetik monotamaşasında isə David Samoylovun şeirləri oxunacaq, habelə Molyerin “Zorən təbib” tamaşası göstəriləcək. Tamaşanın rejissoru Konstantin Raykindir.

azertag.az