Prezident “Azərsu” ASC-yə 10,1 milyon manat ayırıb
17.11.2017

Prezident İlham Əliyev “Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamla “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 10,1 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

report.az