Gənc rəssamın fərdi sərgisi açılıb
16.11.2017

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin sərgi qalereyasında gənc rəssam, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin şagirdi Könül Məmmədlinin fərdi sərgisi açılıb.

Sərgi ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq təşkil olunub.

Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov ölkəmizdə istedadlı yeniyetmə və gənclərə hər zaman diqqət və qayğı göstərildiyini bildirib və gənc rəssama yaradıcılıq uğurları arzulayıb.

Sonra gənc rəssama idarənin fəxri fərmanı təqdim olunub.

azertag.az