“Mədəniyyət.AZ” jurnalının növbəti nömrəsində...
15.11.2017

“Mədəniyyət.AZ” jurnalı yenə də maraqlı məqalələrlə oxucuların görüşünə gəlib.

Dərginin növbəti nömrəsində mədəniyyət, incəsənət, ədəbiyyat və turizmin müxtəlif sahələrini əhatə edən dolğun yazılar yer alıb. Elə ilk səhifələrdə Bakı Şopinq Festivalı, onun xarici mətbuatdakı əks–sədası və dövlətimizin başçısının bununla bağlı müvafiq Sərəncamı diqqət çəkir. Eyni zamanda, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqqında məlumat verilir.

Jurnalın ədəbiyyat səhifələri bu dəfə də mənəvi xəzinəmizə, ədəbi irsimizə üz tutub, Natəvan, Cavid, Şaiq zirvələrindən dünyaya boylanır, “Nobel mükafatı” ucalığına nəzər salır. Musiqi rubrikası ənənəvi Üzeyir Musiqi Festivalından söz açaraq oxucuları musiqimizin Üzeyir sehrinə daldırır. Jurnalın bu nömrəsi Milli Kinomuzun 120 illiyi ilə əlaqədar olaraq hələlik kiçik hesabatla kifayətlənir və bu sahədə daha geniş araşdırmaların anonsunu verir. Dərgidə, həmçinin aşıq musiqimizin ustad Ədalət, Dədə Şəmşir möcüzəsindən yazılır, ölkəmizin turizm potensialına nəzər salınır.

azertag.az