Azərbaycan və Braziliya arasında Anlaşma Memorandumu imzalanıb
15.11.2017

Azərbaycan və Braziliya iki ölkənin Diplomatik Akademiyaları arasında təlimlərin keçirilməsi ilə əlaqədar Anlaşma Memorandumu imzalayıb.
Sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Bakıda səfərdə olan Braziliyanın XİN başçısı Aloiziu Nunes Ferreyra arasındakı görüşün yekununda imzalanıb.
Görüş zamanı nazirlər Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, habelə aktual beynəlxalq və regional məsələləri müzakirə ediblər.

report.az