Sergey Lavrov Azərbaycana səfər edəcək
14.11.2017

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bunu sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub:

"20 noyabr tarixində isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək".

trend