İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri üzrə müsabiqə keçiriləcək
14.11.2017

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqatların keyfiyyətini yüksəltmək və əməkdaşların elmə marağını daha da artırmaq, onları stimullaşdırmaq məqsədilə müsabiqə keçiriləcək.

İqtisadiyyat İnstitutundan bildiriblər ki, artıq 2017-ci ildə yerinə yetirilən tədqiqatlar üzrə müsabiqə qaydaları təsdiqlənib və komissiya yaradılıb.

Müvafiq qaydalara əsasən, institutun şöbə müdirləri noyabrın 30-dək ümumi hesabatları, dekabrın 10-dək isə əməkdaşların yerinə yetirdikləri fərdi elmi-tədqiqat işlərini qiymətləndirərək müsabiqə komissiyasına təqdim etməlidirlər.

Müsabiqənin qalibi olan şöbələrə və əməkdaşlara diplomlar və institutun büdcədənkənar vəsaitləri hesabına pul mükafatları veriləcək. Şöbə hesabatları üzrə qaliblərə 1-ci yer üçün (bir mükafat) 1500 manat, 2-ci yer üçün (iki mükafat) 1000 manat, 3-cü yer üçün (uç mükafat) 500 manat, fərdi elmi-tədqiqat işləri üzrə isə 1-ci yer üçün (bir mükafat)| 600 manat, 2-ci yer üçün (iki mükafat) 400 manat, 3-cü yer üçün (üç mükafat) 200 manat mükafat nəzərdə tutulur.

azertag.az