Gürcü rejissorunun hazırladığı tamaşa Bakıda göstəriləcək
14.11.2017

Dünya şöhrətli gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi “Mariya Kallas – Dərs” tamaşası Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, tamaşanın nümayişi Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrı kollektivinin ölkəmizə qastrol səfəri çərçivəsində reallaşacaq. Tamaşa bu gün və sabah saat 19:00-da teatrsevərlərə təqdim olunacaq.

Səhnə əsərini izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

azertag.az