Musiqili Teatrda növbəti premyera -“Hacı Qara”
10.11.2017

Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara” ikihissəli komediyası əsasında hazırlanan eyniadlı səhnə əsəri təqdim olunub.

108-ci teatr mövsümünün növbəti premyerası olan tamaşa meydan üslubunda hazırlanıb. Bir sıra yeniliklərlə zəngin olan səhnə əsərinə Əməkdar Artist Loğman Kərimovun quruluşunda baxılıb. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsus olan tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edib.

Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

azertag.az