Milli Oftalmologiya Mərkəzi rayonlarda əhaliyə tibbi yardım göstərir
10.11.2017

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 13 noyabr-Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə rayonlarda əhaliyə tibbi yardım göstərir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, artıq noyabrın 9-da Şəmkir rayonunda əhaliyə tibbi yardım göstərilib. Aksiyanın təşkilatçılıq işlərinə Şəmkir rayon Heydər Əliyev Mərkəzi dəstək göstərib.

Noyabrın 10 və 11-də isə Tovuz rayonlarında əhaliyə tibbi yardım göstəriləcək. Ümumilikdə hər rayonda 200-dən çox pasiyentin göz müayinəsindən keçirilməsi, 25-30 xəstənin isə əməliyyat olunması nəzərdə tutulub.

Aksiyanın keçirilməsində əsas məqsəd dünyanın mübarizə apardığı korluğun qarşının alınması prosesində fəal iştirak etməkdir. Aksiya çərçivəsində gözlə bağlı olan xəstələrə müayinə yazılır, bir sıra məsləhərlər verilir, onların müalicəsi aparılır.

trend.az