Turistlər üçün ən cəlbedici şəhərlərin adları açıqlanıb
8.11.2017

Bu il turistlər üçün ən cəlbedici şəhərlərin siyahısı açıqlanıb.

Bu barədə “Euromonitor International” şirkətinin dərc etdiyi hesabatda bildirilir.

Siyahıda birinci yeri Honkonq şəhəri tutub. Bu il şəhəri 25,7 milyon turist ziyarət edib. İkinci yerdə Banqkok (23,3 milyon), 3-cü yerdə isə London qərarlaşıb (19,8 milyon).

İlk onluqda, həmçinin Sinqapur, Makao, Dubay, Paris, Nyu-York, Şençjen və Kuala-Lumpur yer alıb.

azertag.az