Moskva teatrının solistləri Bakıda çıxış edəcək
8.11.2017

Noyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” beynəlxalq layihə çərçivəsində konsert proqramı təqdim olunacaq. Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Filarmoniyanın təşkilatçılığı ilə reallaşacaq

Filarmoniyadan bildirilib ki, gecədə “Helikon-opera” Moskva Teatrının solistləri Yelena Nekrasova və İnna Zvenyatskaya çıxış edəcəklər.

Dünya və Avropa bəstəkarlarının əsərlərinə müraciət olunacaq konsertdə ifaçıları Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

azertag.az