Muzeydə Dövlət Bayrağı Günü qeyd edilib
8.11.2017

M.S.Ordubadinin ev-muzeyində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda tədbir keçirilib.

Muzeyin direktoru Lalə Abaszadə Azərbaycanın dövlətçilik tarixindən, bayrağımızın rəmzlərindən söhbət açıb.

Muzeyin elmi işçisi İradə Vəliyevanın “Bayraq Azərbaycan dövlətinin suverenlik rəmzidir” mövzusunda məruzəsi dinlənilib.

Sabunçu rayon Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbin tarix müəllimi Solmaz Quliyeva, AYTAM uşaqların mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və başqaları bayrağın, bayraq gününün əhəmiyyətindən söhbət açıblar.

Tədbirdə N.Nərimanov rayon 45 və Sabunçu rayon 71 nömrəli tam orta məktəblərin 8,9,10-cu sinif şagirdləri ədəbi-musiqili kompozisiya ilə çıxış etdilər.

Sonda iştirakçılar M.S.Ordubadinin ev-muzeyinin eksponatlar ilə tanış olublar.

azertag.az