Çində nəhəng kitabxana tikilib
8.11.2017

Çində sahəsi 33,7 min kvadratmetr olan kitabxana tikilib. Əgər indi dünyanın yeni möcüzələrinin siyahısı tərtib olunsaydı, Binxay (Şimali Çin) rayonundakı bu kitabxana ön sıralarda yer alardı.

Niderlandın “MVRDV” agentliyinin layihəsi ilə çox qısa müddətdə inşa olunan kitabxanada 1,2 milyon kitab var.

Futurist üslubda tikilmiş ağ rəngli bina uzaq gələcək haqqındakı filmlərdəki fantastik qəsri xatırladır. Onun içərisinə daxil olanlar daha çox heyrətlənir. Kitabxanaya gələn hər kəs özünü Hollivud elmi filmlərinin qəhrəmanı kimi hiss edir: bina döşəmədən tavanadək kitabla doludur. Rəflər isə dalğavari formada uzanıb gedir.

Xarici görünüşü böyük gözü xatırladan kitabxananın tam mərkəzində ağ sferalı böyük konfrans zalı yerləşir.

Çində tikilən gələcəyin kitabxanası yəqin ki, dünyanın heyrətamiz görməli yerlərinin siyahısına düşəcək .

azertag.az