Qalaaltı və Naftalanda investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə layihələrin qəbuluna başlanılıb
7.11.2017

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq Qalaaltı və Naftalandakı mövcud yerləşdirmə alternativlərində, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə layihələrin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sahibkarlar bu layihələrin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

azertag.az