“ƏSA” teatrı “Adamlar və siçanlar” tamaşasını təqdim edəcək
7.11.2017

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və dekabr ayında səhnəyə qoyulacaq. Səhnə əsərində səkkizi fiziki məhdudiyyətli olmaqla doqquz aktyor iştirak edəcək.

ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadədir.

Xatırladaq ki, “ƏSA” teatrının bundan əvvəl hazırladığı iki tamaşa çoxlu sayda tamaşaçı sevgisi qazanıb.

azertag.az