Xalça Muzeyində növbəti mühazirə keramika sənətinə həsr ediləcək
7.11.2017

Noyabrın 11-də Azərbaycan Xalça Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii keramika, şüşə və metal” kafedrasının müdiri, dosent Saleh Məmmədovun iştirakı ilə mühazirələr təşkil olunacaq.

Mühazirələr Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq. “Keramikanın yaranması və inkişaf mərhələləri” adlı mühazirədə keramika sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyaları, növləri və müasir dövrdə inkişafından danışılacaq.

Hər kəsin qatıla biləcəyi mühazirə Azərbaycan dilində aparılacaq.

azertag.az