Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionu olub
7.11.2017

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.
Bu nailiyyət Yunanıstanın Krit adasında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.
Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan edilib. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.
Avropa çempionatı, IX tur
Azərbaycan - Ukrayna - 2:2
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Pavel Elyanov (Ukrayna) - 0,5:0,5
Yuri Krivoruçko (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Arkadi Naydiç (Azərbaycan) - Ruslan Ponomaryov (Ukrayna) - 0,5:0,5
Yuri Kuzubov (Ukrayna) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

report.az