Beyinin intensiv işləməsi təkcə insanlara xas deyil
6.11.2017

Elm adamları beyinin vücudda kiçik bir hissəni tutmasına baxmayaraq, çox enerji istifadə etməsinə bəzi heyvanlarda da rast gəlindiyini, onun intensiv işləməsinin yalnız insana xas olmadığını müəyyənləşdiriblər.

“The Journal of Human Evolution” dərgisinə istinadla xəbər verilir ki, ABŞ-ın Dyuk Universitetinin alimləri 22 heyvan növündə beyinin enerji sərfini araşdırıblar. Enerjinin beyinə damarlar vasitəsilə qlükoza formasında daşındığına diqqət çəkən tədqiqatçılar heyvanların kəllə sümüyünün kəsiyi içindən keçən damarlardakı qlükoza miqdarını ölçüblər.

Tədqiqatçılar ölçmələrdən sonra belə qənaətə gəliblər ki, insan beyni proporsional olaraq gəmiricilər, makaka və babuin kimi qədim meymunlar, o cümlədən böyük meymunlardan olan şimpanze və oranqutandan daha çox enerji sərf edir. Lakin cücə ipək meymunları, qələmquyruqlu tarla siçanı və halqaquyruqlu lemur kimi bəzi növlər proporsional olaraq insanlara yaxın və ya onlardan daha çox beyin enerjisi sərf edir.

İnsan beyini fiziki olaraq vücudun 2 faizi qədər yer tutsa da, əsas metabolizmin ümumi enerjisinin təxminən 27 faizini istifadə edir.

azertag.az