HTC-dən yeni smartfon
3.11.2017

HTC şirkəti üz tərəfi tam ekrandan ibarət yaxşılaşdırılmış “U11 Plus” flaqman smartfonunu təqdim edib.

“The Verge” portalına istinadən verilən xəbərə görə, cihaz “Snapdragon 835” top-prosessoru ilə təchiz edilib.

Smartfon 6 düym Quad HD displeyə (2880x 1440 Super LCD 6) malikdir. Məhz ekranın ölçüsü və həlli yeni cihazı “kiçik qardaş” U11-dən fərqləndirir.

Operativ yaddaş 4-6 Gb, daxili yaddaş isə 64-128 Gb-dir. Əsas kamera 12 meqapiksel, arxa kamera 8 meqapikseldir. Arxada barmaq izi skaneri də var.

Digər xüsusiyyətlərdən o məlumdur ki, cihaz “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə çalışır və 3,930 mAs tutumu olan batareyaya malikdir.

Smartfonun qiyməti Avropada 699 avro olacaq.

lent.az