“Rast” muğam dəstgahı tanınmış xanəndələrin ifasında
2.11.2017

Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və mənəviyyat” adlı konsert keçirilib.

Gecədə “Rast” muğam dəstgahı təqdim olunub.

Əvvəlcə "Rast" muğamının tarixindən, nəzəriyyəsindən danışılıb. Bildirilib ki, bu muğam dəstgahlarımızın sırasında birincidir. “Rast” muğamı ən qədim muğam hesab olunur. Üzeyir Hacıbəylinin dediyi kimi "Rast" çox çətin dövrlər yaşadı, lakin, bu günümüzə gəlib çatdı və öz adını musiqimizdə saxlaya bildi.

Sonra muğam dəstgahı Xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Naxçıvan MR-in Əməkdar Artisti Ehtiram Hüseynovun ifasında səsləndirilib.

Fəraməz Gərmrudinin təqdimatında keçirilən konsertdə xanəndələri “Könül” ansamblı müşayiət edib.

azertag.az