Bəstəkar Fərəc Qarayevin əsəri “Moskva payızı” beynəlxalq musiqi festivalında səsləndiriləcək
2.11.2017

“Moskva payızı” 39-cu beynəlxalq müasir musiqi festivalı çərçivəsində noyabrın 4-də İrkutsk Vilayət Filarmoniyasında “Anqara sahillərində Moskva payızı” adlı konsert proqramı təqdim ediləcək.

İrkutsk Filarmoniyasının saytına istinadla xəbər verilir ki, konsertin proqramına bəstəkar, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin “Elitist (moz)art” əsəri də daxil edilib. Əsəri Qubernator Simfonik Orkestri səsləndirəcək.

azertag.az