Gədəbəy rayonunda keçirilən “Əmək yarmarkası”na 21 müəssisə 185 boş iş yeri çıxarıb
1.11.2017

İşaxtaran və işsiz vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanları tərəfindən aktiv tədbirlər görülür.

Növbəti “Əmək yarmarkası” Gədəbəy rayonunda təşkil olunub.

Yarmarkaya 21 müəssisə 185 boş iş yeri çıxarıb. Tədbirdə iştirak edən 32 nəfər işaxtaran və işsizin işlə təmin olunması üçün göndəriş verilib.

azertag.az