Körpələrin ən azı 2 ay əmizdirilməsi onların ani ölüm riskini 50 faiz azaldır
1.11.2017

Anaların öz körpələrini ən azı 2 ay boyunca əmizdirməsinin ani uşaq ölümü (SIDS) riskini təxminən əlli faiz azaltdığı bildirilib.

ABŞ-ın Virciniya Universitetinin elm adamlarının apardıqları araşdırma çərçivəsində 2 min 300-ə yaxın ani körpə ölümü hadisəsi və nəzarət qrupunda yer alan 7 minə yaxın körpənin üzərində aparılan 8 beynəlxalq tədqiqatın nəticəsi açıqlanıb.

Araşdırma nəticəsində anaların öz körpələrini ən azı 2 ay əmizdirməsini SIDS riskini təqribən yarı-yarıya azaltdığı aşkarlanıb.

Qeyd edək ki, ani körpə ölümləri ən çox 1 yaşadək uşaqlarda rast gəlinir.

azertag.az