Tələbələrimiz Pekində beynəlxalq mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
1.11.2017

Çində təhsil alan tələbələrimiz Pekin Paytaxt İqtisadiyyat və Biznes Universitetində təşkil olunan beynəlxalq mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər.

Azərbaycanın Pekindəki səfirliyinin dəstəyi ilə tələbələrimizin hazırladığı milli stenddə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, mətbəxi, müasir inkişafı, turizm imkanları haqqında əyani vəsaitlər, o cümlədən fotoşəkillər, kitablar, jurnallar, broşürlər, habelə milli suvenirlər nümayiş olunub.

Stendi ziyarət edənlər Azərbaycan paxlavasının və dolmasının dadına baxmaq imkanı qazanıblar.

azertag.az