"Atletiko" - "Qarabağ" oyununda hesab bərabərləşib
1.11.2017

İspaniyanın "Atletiko" klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Azərbaycanın "Qarabağ" klubuna qarşı keçirdiyi oyunda hesabı bərabərləşdirib.

Oyunun 56-cı dəqiqəsində ev sahibinin oyunçusu Tomas fərqlənib - 1:1.

XXX

00:42

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Madridin "Atletiko" klubuna qarşı keçirdiyi səfər oyununda hesabı açıb.

Oyunun 40-cı dəqiqəsində "Qarabağın" futbolçusu Miçel fərqlənib - 0:1.

trend