Növbəti yaradıcılıq gecəsində Şəfiqə Eyvazovanın sənət dünyasından danışılacaq
31.10.2017

Noyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış kamança ifaçısı, Xalq Artisti, bəstəkar Şəfiqə Eyvazovanın yaradıcılıq gecəsi keçiriləcək.

“Mədəniyyət” kanalı və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşacaq gecədə Ş.Eyvazovanın sənət fəaliyyətindən, milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışılacaq.

Tədbir çərçivədə S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə bəstəkar və xalq mahnıları səsləndiriləcək, habelə dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.

Orkestrə Əməkdar Artist Faiq Sadıqov dirijorluq edəcək.

azertag.az