“YARAT” Müasir İncəsənət Mərkəzində növbəti ustad dərsi
31.10.2017

Noyabrın 4-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor sənəti üzrə ustad dərsləri təşkil olunacaq.

Növbəti ustad dərsləri rejissor Ruslan Məlikovun iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, Ruslan Məlikov 1998-ci ildə Moskva Dövlət Mədəniyyət Universitetini “Teatr rejissorluğu” ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra tələbə kursu Moskva Dövlət Universitetinin mədəniyyət mərkəzinin bazasında “DSV tələbə teatrı”na çevrilir. Burada o, 1998-2002-ci illərdə bir çox tamaşalara quruluş verir. O, “STS” telekanalı yaradıcı qrupun üzvü (pilot buraxılışları), “Kvartirka” teleserialı - “TNT” telekanalının yaradıcı prodüseridir.

azertag.az