Bakı Zooloji Parkı Daşkənd Zooparkına iki ayı verib
30.10.2017

Bakı Zooloji Parkı Daşkənd Zooparkına bir neçə heyvan göndərib. 

Bunu Daşəkənd Zooprakının rəhbərliyi bildirib. Bakı zooparkı Daşəkənddəki heyvanxanaya sultan cinsindən olan 10 fərə, iki qonur ayı və iki qu quşu verib.
Hazırda heyvanlar uyğunlaşma dövrü keçirlər.

Qeyd edək ki, Daşkənd Zooparkının sahəsi 22,7 hektardır. Hazırda orada 3 mindən çox heyvan və 600 növ quş saxlanılır. Bu heyvanxana 1998-ci ildə Beynəlxalq Avro-Asiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür.

report.az