Özbəkistanın baş naziri Azərbaycanda səfərdədir
30.10.2017

Özbəkistanın Baş naziri Abdulla Aripov Azərbaycanda səfərdədir.

Hökumət başçısı Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılış mərasimində iştirak edən Özbəkistan nümayəndə heyətinə rəhbərlik edir.

Xatırladaq ki, tikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir. Bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.

report.az