Səfir: Fransa prezidenti Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətini bildirib
30.10.2017

"Fransa Respublikasının Prezidenti Emmanuel Makronla görüşüm zamanı o, Azərbaycanla Fransa arasında bugünədək qurulmuş yüksək səviyyəli əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətini bildirib".
Bu barədə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev bildirib.
Səfir qeyd edib ki, Azərbaycan Fransanın regionda etibarlı tərəfdaşıdır. Bu günədək Azərbaycan və Fransa arasında yüksək səviyyəli siyasi, iqtisadi münasibətlər qurulub.
"Fransada fəaliyyətə başladığım müddətdə artıq Senatda, Milli Assambleyada, bu ölkənin Xarici İşlər Nazirliyində bir sıra görüşlərim olub. Yaxın vaxtlarda Azərbaycan Respublikasının xarici işlər nazirinin Fransaya səfəri planlaşdırılır", - deyə o əlavə edib.

report.az