“WhatsApp”dan növbəti yenilik
27.10.2017

Bütün dünyada milyonlarla “WhatsApp” istifadəçisinin gözlədiyi yenilik tətbiq olunmağa başlayıb.

Məlumata görə, istifadəçilər artıq göndərilən ismarıcları silə biləcəklər. Beləliklə, qarşı tərəfin də aldığı ismarıcı silmək mümkün olacaq.

Bu yenilik bir müddət “WhatsApp”ın beta versiyasında tətbiq olunub.

trend.az