Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada çıxış edib
27.10.2017

Rusiyanın paytaxtı Moskvada Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" adlı konserti keçirilib.
İki saat davam edən tədbir Çaykovskiy adına konsert zalında baş tutub.
Konsert çərçivəsində "Qaytağı" və digər məşhur Azərbaycan rəqsləri təqdim olunub, biraktlı "Koroğlu" baletinin premyerası keçirilib.
Tədbirdə Moskvanın yaradıcı ziyalıları, Azərbaycan diasporu və Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri iştirak edibləe.
Ansamblın bədii rəhbəri, Rusiyanın əməkdar artisti Dikalu Muzakayev qeyd edib ki, Moskvadakı konsert kollektiv üçün əlamətdar hadisədir.
O bildirib ki, ansambl "Mənim Azərbaycanım" proqramı ilə böyük dünya turnesinə çıxmağı planlaşdırır və növbəti səfər Türkiyənin İstanbul şəhərində bu ilin dekabr ayında baş tutacaq.

report.az