“Maşın” şouda avtomobil sahibinə təqdim olundu
26.10.2017

Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” realiti şousunun qalibi müğənni Talıb Taleyə avtomobil təqdim edilib.

Verilişin bu gün gecə saatlarında efirə gedən buraxılışında müğənniyə avtomobilin açarı verilib.

Xatırladaq ki, finala qalan 3 iştirakçıdan ilk olaraq əlini avtomobildən aparıcı Vüsalə Əlizadə götürüb, ötən gecə isə müğənni Xatun da mübarizəni davam etdirə bilməyib.

oxu.az