Etüdçü rəssamlar Şamaxını təbiət mənzərələrini tabloya köçürüb
25.10.2017

“Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsinin qalibləri növbəti dəfə Şamaxıda olublar.

Etüd turu çərçivəsində təşkil edilən səfər zamanı iştirakçılar rayonun Avaxıl kəndində sənətsevərlərlə görüşüblər. Etüdçü rəssamlar təbiətin qoynunda olduqları zaman ölkəmizin dilbər guşələrindən olan Şamaxının təbiət mənzərələrini tabloya köçürüblər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzindin birgə təşkilatçılığı ilə elan olunan “Vətənin tərənnümü” etüd müsabiqəsi Bakı Xətai Sənət Mərkəzində təşkil edilib.

azertag.az