Koreya Birjasının təmsilçiləri Bakı Fond Birjasında olublar
25.10.2017

Bakı Fond Birjasında (BFB) Koreya Birjasının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə mövcud ticarət sistemlərinin imkanlarının genişləndirilməsi, bazar alətlərinin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq və birgə layihələr baradə müzakirələr aparılıb.
Qonaqlar həmçinin BFB-nin açılış zənginin iştirakçısı olublar.
Xatırladaq ki, BFB-nin Ticarət Sisteminin daxil olduğu Azərbaycan Mərkəzi Ticarət Sistemi (CETA) 2016-cı ildə “Azərbaycan kapital bazarlarının müasirləşdirilməsi Layihəsi" çərçivəsində Koreya Birjasının ticarət platformaları əsasında yaradılıb.

report.az