Mirzə Fətəli Axundovun pyesi əsasında hazırlanmış tamaşa Rusiya şəhərlərində nümayiş olunacaq
25.10.2017

Oktyabrın 30-dan noyabrın 9-dək Səməd Vurğun adına Rus Dram Teatrının truppası Rusiyanın bir sıra şəhərlərində qastrol səfərində olacaq.
Teatrdan verilən məlumata görə, qastrollar Rusiya Mədəniyyət Nazirliyinin qastrol fəaliyyətinə dəstək Federal Mərkəzinin layihəsi çərçivəsində baş tutacaq.
Teatr truppası Smolensk, Pskov, Velikie Lukidə tamaşa göstərəcək.
Qastrol səfərlərinin repertuarında Mirzə Fətəli Axundovun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" pyesi və müasir rusiyalı dramaturq Petr Qladilinin "Afina gecələri" pyesi əsasında hazırlanmış tamaşalar yer alıb. Səhnə quruluşu teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskinindir.

report.az