“iPhone 8”in Azərbaycanda rəsmi olaraq satılacağı vaxt bilindi - 27 oktyabr
20.10.2017

Oktyabrın 27-də Azərbaycanda “iPhone 8” smartfonlarının rəsmi satışları başlayacaq.

Bunu “Apple Premium Reseller” şirkətinin MDB regionunda layihə rəhbəri Nadejda Damarad deyib.

Smartfonların satış qiyməti barədə isə hələlik məlumat verilməyib.

Qeyd edək ki, ABŞ-ın "Apple" korporasiyası sentyabrın 12-də yeni "iPhone8" və "iPhoneX" modellərinin təqdimatını keçirib.

trend.az